...

Cüdoçumuz Kəramət Hüseynov Parisdə “Böyük dəbilqə” turnirində iştirak etməyəcək

İdman Materials 1 Fevral 2023 02:43 (UTC +04:00)
Cüdoçumuz Kəramət Hüseynov Parisdə “Böyük dəbilqə” turnirində iştirak etməyəcək

Bakı. Trend:

Fevralın 4-5-də Parisdə keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirində yarışacaq millimizin heyətində dəyişiklik olub.

Trend Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, turnirdə 60 kiloqram çəki dərəcəsində çıxış etməli olan Kəramət Hüseynov zədələndiyi üçün millinin baş həkiminin təqdimatı, performans direktorun və məşqçilər heyətinin qərarı ilə yarışda iştirak etməyəcək.

K.Hüseynovun müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti