Bakı. Trend:
Bakı Su İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində tədbirlər planına uyğun olaraq su polosu idman növü üzrə BAKU WINTER CUP turniri keçirilib.
Azərbaycan Üzgüçülük Federasiyasından Trend-ə verilən məlumata
görə yarışlara 5 komanda qatılıb. Bakı Gənclər və İdman İdarəsi,
Azərbaycan Üzgüçülük Federasiyası və Qarabağ vaterpol klubu
tərəfindən keçirilən turnirdə Qarabag-Aquatic komandası 1 ci yer,
145 Qroup komandası 2-ci yer, Sharks komandası isə 3-cü yerə sahib
olub. Yarışın sonunda qaliblər kubiklar, medallar, diplomlar və
xatirə hədiyyələri ilə təltif olunublar.
Federasiyadan onu da bildirblər ki, yarışın keçirilməsində məqsəd
idmanın bu növünə olan marağı artırmaq, su polosunun gənclər və
yeniyetmələr, uşaqlar arasında daha da populyarlaşmasına nail
olmaqdır.
Məlumat üçün bildirək ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində tədbirlər planına uyğun olaraq vaterpol üzrə digər beynəlxalq turnirin keçirilməsi iyun ayına planlaşdırılıb. Bu yarışda yerli komandalarla yanaşı 4 xarici ölkənin komandalarının da iştirakı nəzərdə tutulub. Artıq hazırda yarışa hazırlıq prosesi gedir.