...

FIG Dünya Kuboku: gimnastımız finalda çıxış edəcək

İdman Materials 11 Mart 2023 08:26 (UTC +04:00)
FIG Dünya Kuboku: gimnastımız finalda çıxış edəcək
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Şənbə günü, martın 11-də Bakıda keçirilən idman gimnastikası üzrə FIG Dünya Kubokunda Azərbaycan idmançısı Nikita Simonov halqalar üzərində hərəkətlər proqramında finalında çıxış edəcək.

Trend-in məlumatına görə, halqalar üzərində hərəkətdə final yarışı saat 13:00-da başlayacaq.

Nikita Simonovun finaldakı rəqibləri Mehmet Ayberk Kosak (Türkiyə), Karlos Edriel Hulot (Filippin), Mehdi Əhməd Kohani (İran), Van Han Fonq Nquyen (Vyetnam), Quan-İ Lin (Çin Taypeyi), Vinçenz Hek (Avstriya) və Rayli Loos (ABŞ) olacaq.

Qeyd edək ki, idman gimnastikası üzrə FIG Dünya Kuboku 9-12 mart tarixlərində Bakı şəhərində yerləşən Milli Gimnastika Arenasında keçirilir. Yarışlarda dünyanın 48 ölkəsindən 173 gimnast iştirak edəcək ki, bu da ölkəmizdə gimnastika fənləri üzrə keçirilən Dünya Kuboku tarixində iştirakçı ölkələrin sayına görə rekord göstəricidir.

Final yarışında Nikita Simonov (halqa hərəkəti) ilə yanaşı, sabah, martın 12-də Azərbaycan idmançıları İvan Tixonov (tirlə hərəkət) və Nazənin Teymurova (sərbəst hərəkətlər) çıxış edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti