Bakı. Trend:
Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatının qalib və mükafatçılarının mükafatlandırılması mərasimi keçirilib.
Trend xəbər verir ki, yeniyetmələr (2008-2010) arasında fərdi çoxnövçülükdə (top, halqa, gürz, lent) Nuray Əhmədzadə (Bakı gimnastika məktəbi) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Şəms Ağahüseynova (“Ocaq Sport” klubu) ikinci, Fidan Aladinova ("Ocaq Sport" klubu) isə üçüncü yeri tutub.
“Böyüklər” yaş kateqoriyasında (2007-ci il və daha yuxarı) Zöhrə Ağamirova birinci, Alina Gözəlova ikinci, İlona Zeynalova isə üçüncü yeri tutub. Hər üç gimnast “Ocaq Sport” klubunun yetirmələridir.