...

Azərbaycan Basketbol Liqasında XXV turun növbəti oyunu keçirilib

İdman Materials 10 Aprel 2023 03:35 (UTC +04:00)
Azərbaycan Basketbol Liqasında XXV turun növbəti oyunu keçirilib

Bakı. Trend:

Azərbaycan Basketbol Liqasında (ABL) XXV turun növbəti oyunu keçirilib.

Trend xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində yerli “Olimpik” komandası “Neftçi”ni qəbul edib.

Görüşün üçüncü dövrəsində rəqibinə heç bir şans verməyən Bakı təmsilçisi 112:78 hesablı qələbə qazanıb.

Oyunda ən məhsuldar basketbolçular “Olimpik Şəki”dən Davante Kuper (27 xal, 9 ribaund), “Neftçi”dən isə Yuri Kondrakov (39 xal, 9 asist) olublar.

Qeyd edək ki, turun açılış matçında “Sabah” “Gəncə”yə 87:84 hesabı ilə qalib gəlib. Turun digər oyunları aprelin 10-da və 11-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti