...

Bakıda bədii gimnastika üzrə 3-cü AGF Trophy beynəlxalq turnirinə start verilib

İdman Materials 14 Aprel 2023 13:08 (UTC +04:00)
Bakıda bədii gimnastika üzrə 3-cü AGF Trophy beynəlxalq turnirinə start verilib
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Aaprelin 14-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 3-cü AGF Trophy beynəlxalq turnirinin birinci gününə start verilib.

Trend bu barədə cümə günü xəbər verir.

Yarışların ilk günü gənc və böyükyaşlı gimnastlar halqa və topla fərdi proqramda kvalifikasiyadan keçəcəklər, gənclər komandaları arasında 5 iplə qrup məşqləri üzrə kvalifikasiya, həmçinin böyüklər yaş kateqoriyasında komandaların 5 halqa ilə qrup məşqləri üzrə kvalifikasiya yarışları keçiriləcək.

Qeyd edək ki, yarışlar 14-16 aprel tarixlərində keçiriləcək. Yarışlarda dünyanın 14 ölkəsindən 119 gimnast iştirak edəcək. Gənc bədii gimnastlarla yanaşı, böyükyaşlı bədii gimnastlar da çıxış edəcəklər.

Azərbaycanı turnirdə 20-si fərdi (6 böyüklər, 14 gənclər), 18-i qrup hərəkətləri üzrə (1 böyüklər, 2 gənclər qrup komandası) olmaqla ümumilikdə 38 gimnast təmsil edəcək.

Qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Qeyd edək ki, Azərbaycanda gənclər arasında "AGF Junior Trophy" Beynəlxalq turniri ilk dəfə 2018-ci ildə, daha sonra isə 2019-cu ildə keçirilib. Böyükyaşlı gimnastlarımız üçün turnir həm də 21-23 aprel tarixlərində Bakıda keçiriləcək bədii gimnastika üzrə FIG Dünya Kuboku öncəsi sınaq xarakteri daşıyacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti