...

Mariya Stadnik 9-cu dəfə Avropa çempionu oldu

İdman Materials 20 Aprel 2023 20:54 (UTC +04:00)
Mariya Stadnik 9-cu dəfə Avropa çempionu oldu

Bakı. Trend:

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik 9-cu dəfə Avropa çempionu olub.

Trend xəbər verir ki, bu barədə Dünya Güləş Birliyi məlumat yayıb.

Məlumata görə, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında 50 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada ukraynalı Oksana Livaçla üz-üzə gəlib. Rəqibini 9:4 hesabı ilə məğlub edən Stadnik yenidən Avropa çempionu olub.

Qeyd edək ki, bu gün həmçinin, Elnurə Məmmədova (55 kq) və Alyona Kolesnik (59 kq) bürünc medal uğrunda güləşəcəklər.

Yarış aprelin 23-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti