...

FIG Dünya Kuboku: halqa və topla hərəkətlərdə finalçılar müəyyənləşib

İdman Materials 21 Aprel 2023 20:27 (UTC +04:00)
FIG Dünya Kuboku: halqa və topla hərəkətlərdə finalçılar müəyyənləşib
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda bədii gimnastika üzrə FIG Dünya Kubokunun ilk yarış günündə fərdi proqramda çıxış edən gimnastlar arasında finalçılar müəyyənləşib.

Trend xəbər verir ki, finalçılar halqa və topla hərəkətlər proqramında müəyyən edilib.

Halqa ilə hərəkətlər üzrə finala Stilyana Nikolova (Bolqarıstan, 35,650 xal), Sofiya Raffaeli (İtaliya, 34,400 xal), Eva Brezəliyeva (Bolqarıstan, 33,900 xal), Viktoriya Onoprienko (Ukrayna, 33,800 xal), Darya Varfolomeyev (Almaniya, 33.700 xal), Mariya Eduarda Alexandre (Braziliya, 32,950 xal), Polina Berezina (İspaniya, 32,750 xal), Fanni Piqniçki (Macarıstan, 32,400 xal).

Bu proqramda Azərbaycan gimnastları Zöhrə Ağamirova və Alina Gözəlova finala çıxa bilməyiblər. Z.Ağamirova 29,750 xalla 26-cı, A.Gözəlova isə hakimlərdən 27,300 xal alaraq 39-cu yeri tutub.

Sofiya Raffaeli (İtaliya, 33,150 xal), Təhminə İkromova (Özbəkistan, 32,900 xal), Darya Varfolomeyev (Almaniya, 32,400 xal), Zöhrə Ağamirova (Azərbaycan, 32,000 xal), Fanni Piqnitski (Macarıstan, 31.950 xal), Eva Brezəliyeva (Bolqarıstan, 31,800 xal), Adi Asya Katz (İsrail, 31,450 xal), Stilyana Nikolova (Bolqarıstan, 31,050 xal) topla hərəkətlər üzrə finala yüksəliblər.

Alina Gözəlova topla hərəkətlər proqramında finala çıxa bilməyib. O, 30.950 xalla 9-cu yeri tutub.

Qeyd edək ki, bədii gimnastika üzrə FIG Dünya kuboku yarışları 21-23 aprel tarixləri arasında keçirilir. Yarışlarda dünyanın 40 ölkəsindən 135 gimnast fərdi və qrup hərəkətləri proqramında çıxış edirlər.

Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova və Alina Gözəlova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda təmsil edirlər.

Gimnastlar fərdi alətlər və çoxnövçülük proqramı üzrə yarışlarda mükafatlar uğrunda mübarizə aparırlar. Ənənəvi olaraq, AGF Trophy Kuboku çıxışına görə ən yüksək xal toplayan idmançıya və qrup komandasına veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti