...

Azərbaycanın idman gimnastı dünya kuboku yarışlarının finalına yüksəlib

İdman Materials 29 Aprel 2023 01:06 (UTC +04:00)
Azərbaycanın idman gimnastı dünya kuboku yarışlarının finalına yüksəlib

Bakı. Trend:

Azərbaycanın idman gimnastı Nikita Simonov dünya kuboku yarışlarının finalına yüksəlib.

Trend Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, təmsilçimiz Misirin paytaxtı Qahirədə təşkil olunan turnirdə halqalar ilə hərəkətlərdə uğurla çıxış edərək mərhələ adlayıb.

Halqa ilə final yarışları aprelin 29-da keçiriləcək.

Qeyd edək ki, Qahirədə təşkil olunan turnir dünya kubokunun dördüncü mərhələ yarışıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti