...

Bakı treki çox xoşuma gəldi - Böyük Britaniyadan olan azarkeş

İdman Materials 30 Aprel 2023 16:36 (UTC +04:00)
Bakı treki çox xoşuma gəldi - Böyük Britaniyadan olan azarkeş

Bakı. Trend:

Mən çox şadam ki, məhz Bakıda öz kumirim Lyuis Hemiltonu dəstəkləyə biləcəyəm.

Bunu bazar günü Trend-in müxbirinə Böyük Britaniyadan olan azarkeş Kriş Şukla deyib.

"Bu, mənim Bakıya ikinci səfərimdir. Şəhərinizin gözəlliyi və memarlığı məni valeh etdi. Heyranlığımın həddi-hüdudu yoxdur, yarışın yeri və bu tədbirin təşkili uzaq ölkələrdən bura gəlməyə dəyər. Mən çoxlu treklərə baş çəkmişəm, lakin Bakıdakı kimi trek ilk dəfə görürəm və Bakı treki mənim çox xoşuma gəldi", - deyə azarkeş bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti