...

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan üzgüçülük üzrə turnir keçiriləcək

İdman Materials 10 May 2023 16:13 (UTC +04:00)
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan üzgüçülük üzrə turnir keçiriləcək

Bakı. Trend:

Mayın 12-13 tarixlərində Bakı Su İdman Sarayında Üzgüçülük üzrə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan turnir keçiriləcək.

Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yarışlarda 20-ə yaxın komanda açıq yaş qrupunda öz güclərini sınayacaqlar.

Turnirin açılış mərasimi 12 mayda saat 8:45 də olacaq.

İki gün davam edəcək turnirin sonunda qaliblər medallar və diplomlarla təltif olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti