...

Qrup hərəkətləri üzrə gimnastlarımız Avropa çempionatında iki finala yüksəlib

İdman Materials 20 May 2023 23:27 (UTC +04:00)
Qrup hərəkətləri üzrə gimnastlarımız Avropa çempionatında iki finala yüksəlib
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatında Azərbaycanın böyüklərdən ibarət yığma komandası qrup hərəkətləri üzrə iki finala yüksəlib.

Trend xəbər verir ki, üç lent və iki topla hərəkətə görə hakimlər Azərbaycan komandasına 32.500 xal verib, bu, təsnifat mərhələsində birinci yerdir.

Beş halqa ilə proqramda Azərbaycan komandası 32.900 xalla səkkizinci pillədə qərarlaşıb ki, bu da ona finala yüksəlməyə imkan verib.

Xatirladaq ki, komandaya Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Qummətova, Elizaveta Luzan və Daria Sorokina daxil olub.

Qeyd edək ki, 17-21 may tarixləri arasında Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçirilir. Bakıda "Shine like a star" (Ulduz kimi parla) şüarı altında keçirilən Avropa çempionatında 38 ölkədən gimnastlar iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti