...

Bakıda AÇ: halqa ilə hərəkətlərdə qızıl medalı Ukrayna idmançısı qazandı

İdman Materials 21 May 2023 13:16 (UTC +04:00)
Bakıda AÇ: halqa ilə hərəkətlərdə qızıl medalı Ukrayna idmançısı qazandı
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında ukraynalı gimnast Viktoriya Onopriyenko halqa ilə hərəkətlərdə 33,250 xal toplayaraq qızıl medal qazanıb.

Trend xəbər verir ki, gümüş medalı israilli gimnast Adi Asya Kats qazanıb, onun çıxışı münsiflər tərəfindən 32.600 xalla qiymətləndirilib. 32.250 xalla bürünc medalı Bolqarıstanı təmsil edən Boryana Kaleyn qazanıb.

Azərbaycan gimnastı Zöhrə Ağamirova 31.100 xalla altıncı yeri tutub.

Qeyd edək ki, 17-21 may tarixləri arasında Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçirilir. Bakıda "Shine like a star" (Ulduz kimi parla) şüarı altında keçirilən Avropa çempionatında 38 ölkədən gimnastlar iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti