...

"Real Madrid"in hücumçusu Vinisiusa qarşı irqçi təhqirlərlə bağlı araşdırma başlanılıb

İdman Materials 22 May 2023 07:31 (UTC +04:00)
"Real Madrid"in hücumçusu Vinisiusa qarşı irqçi təhqirlərlə bağlı araşdırma başlanılıb

Bakı. Trend:

İspaniya La Liqası 35-ci turun “Valensiya” futbol klubu ilə oyununda “Real Madrid”in hücumçusu Vinisius Juniora qarşı irqçi təhqirlərlə bağlı araşdırmaya başlayıb.

Trend-in məlumatına görə, bu barədə turnirin rəsmi saytında bildirilib.

Braziliyalı hücumçuya qarşı təhqirlərə görə ikinci hissənin ortalarında oyun dayandırılıb. "Valensiya" azarkeşləri "Real"ın futbolçusunu meymun adlandırıblar. Vinisius matçın sonunda rəqib komandaya ilə davaya başladığı üçün meydandan qovulub.

"La Liqa baş verənləri araşdırmaq üçün bütün mövcud materialları tələb edib. Nifrət zəminində pozuntusu aşkar edilərsə, liqa müvafiq tədbirlər görəcək", - deyə İspaniya çempionatının açıqlamasında qeyd olunub.

Xəbər lenti

Xəbər lenti