...

"Əziz Şuşa” beynəlxalq velosiped yarışının açılış mərasimi keçirilib (FOTO)

İdman Materials 7 İyun 2023 10:27 (UTC +04:00)
"Əziz Şuşa” beynəlxalq velosiped yarışının açılış mərasimi keçirilib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının açılış mərasimi keçirilib.

Trend xəbər verir ki, veloparkda baş tutan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev, federasiyanın 1-ci vitse-prezidenti Sahib Ələkbərov və digər vitse-prezidentlər həmçinin, idmançılar iştirak ediblər.

Yarışı açılış nitqi ilə açan Fərid Qayıbov iştirakçılara uğurlar arzulayıb, qonaqları Bakıda qəbul etməkdən məmnunluq duyduqlarını bildirib.

Daha sonra qısa nitq söyləyən Mədət Quliyev də iştirakçıları salamlayıb, hər birinə uğurlar arzulayıb.

Ardından komandaların təqdimat mərasimi gerçəkləşib.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2023-cü il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilən 2.2 kateqoriyalı 5 mərhələli turnirə bu gün Veloparkda start veriləcək. İlk mərhələdə velosipedçilər 150 km məsafə qət edərək Şamaxı rayonunda finiş xəttini keçəcəklər və günün qalibləri mükafatlandırılacaqlar.
Qeyd edək ki, iyunun 11-dək davam edəcək turnirdə dünyanın 14 ölkəsindən 16 komandanın heyətində 100-dən çox velosipedçi mübarizə aparacaq. Yarış Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq imkanı verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti