...

Bu gün UEFA Çempionlar Liqasının finalı keçiriləcək: “Mançester Siti” ilə “İnter” üz-üzə

İdman Materials 10 İyun 2023 08:06 (UTC +04:00)
Bu gün UEFA Çempionlar Liqasının finalı keçiriləcək: “Mançester Siti” ilə “İnter” üz-üzə

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasında 2022-2023-cü il mövsümünə yekun vurulacaq.

Trend xəbər verir ki, həlledici matçda “Mançester Siti” və “İnter” komandaları üz-üzə gələcəklər.

İstanbuldakı Atatürk Olimpiya stadionunda keçiriləcək matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək. Oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da səsləndiriləcək.

İngiltərə təmsilçisi qələbə qazanarsa, mövsümü trebllə başa vuracaq. “Mançester Siti” bunadək İngiltərə kubokunun və Premyer Liqanın qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti