...

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib

İdman Materials 20 İyun 2023 16:18 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.

Trend xəbər verir ki, püşkatmada Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi müəyyənləşib.

Belə ki, "Qarabağ" bu mərhələdə "Linkoln"la (Cəbəllütariq) qarşılaşacaq.

Ağdam klubu ilk matçı səfərdə keçirəcək.

Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk görüşləri iyulun 11-12 baş tutacaq.

Cavab oyunları bir həftə sonra təşkil olunacaq.

Qeyd edək ki, sabah Çempionlar Liqasında II təsnifat mərhələsinin də püşkü atılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti