...

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii üzgüçülük üzrə Beynəlxalq turnir start götürəcək

İdman Materials 23 İyun 2023 13:28 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii üzgüçülük üzrə Beynəlxalq turnir start götürəcək

Bakı. Trend:

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii üzgüçülük üzrə Beynəlxalq turnir start götürəcək.

Azərbaycanda su idman növlərinin tarixində ilk dəfə bədii üzgüçülük üzrə beynəlxalq turnir start götürəcək. Bu barədə məlumatı Azərbaycan üzgüçülük federasiyasının baş katibi Fəxri Həsənov verib.

Onun sözlərinə görə, Bakı Su İdman Sarayında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii üzgüçülük üzrə II Aqua Stars Open Beynəlxalq Turnirinə 5 ölkədən idmançılar qatılacaq:

“Yarışlara bu gün saat 15:15 də start veriləcək. Medallar uğrunda Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Qazaxıstan, Özbəkistan və Azərbaycanın 12 klubundan 150-ə yaxın idmançı mübarizə aparacaq. Bu Azərbaycan Su idmanı tarixində bir ilkdir” deyə F.Həsənov əlavə edib.

İki gün davam edəcək beynəlxalq turnirin sonunda qaliblərə medallar, diplomlar və xatirə hədiyyələri veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti