...

"İnter"in qapıçı Handanoviçin komandadan ayrıldığını açıqlayıb

İdman Materials 13 İyul 2023 02:29 (UTC +04:00)
"İnter"in qapıçı Handanoviçin komandadan ayrıldığını açıqlayıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın "İnter" futbol klubunun qapıçısı Samir Handanoviç komandadan ayrılıb.

Trend-in məlumatına görə, bu barədə klubun mətbuat xidməti bildirib.

Məlumata əsasən, onun klubdan getmə səbəbi müqaviləni başa çatması ilə bağlıdır. "İnter"in kapitanı olan S.Handanoviç 11 mövsüm klubda çıxış edib.

Samir Handanoviç "İnter"ə 2012-ci ildə "Udineze"dən keçib. O, Milan klubunda çıxış etdiyi müddətdə 455 oyun keçirib, onlardan 166 matçda qol buraxmayıb. "İnter"lə birlikdə İtaliya A Seriyasının qalibi olub və iki dəfə İtaliya Kubokunun qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti