...

Azərbaycan idmançıları beynəlxalq festivalda Yunan-Roma güləşi üzrə uğurlu çıxış ediblər

İdman Materials 21 Avqust 2023 15:44 (UTC +04:00)
Azərbaycan idmançıları beynəlxalq festivalda Yunan-Roma güləşi üzrə uğurlu çıxış ediblər
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Yekaterinburq Trend

Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalı davam edir.

Trend xəbər verir ki, günün ilk görüşündə Xasay Həsənli (77 kq) serbiyalı rəqibi Boqdan Stoyiçiçi qısa müddətə böyük hesabla məğlub edib - 9:0

Səid Axundzadə (82 kq) gərgin keçən qarşılaşmada Rusiya təmsiçisi Kirill Poturayevə qalib gələrək (7:4) sevinən tərəf olub.

Ziya Babaşov (63 kq) dörddəbir finalda ermənistanlı Arman Vardanyanı 5:1 hesabı ilə məğlub edib.

130 kiloqramda mübarizə aparan həmyerlimiz Sərxan Məmmədov rusiyalı idmançı Osman Şadova 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, avqustun 19-dan 31-dək keçiriləcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti