...

Messi ilə Ronaldu yenidən qarşılaşa bilər

İdman Materials 19 Sentyabr 2023 16:16 (UTC +04:00)
Messi ilə Ronaldu yenidən qarşılaşa bilər
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Lionel Messi ilə Kriştianu Ronaldu yenidən qarşılaşa bilərlər.

Trend-in məlumatına görə, ulduz futbolçuların formasını geyindikləri Argentina və Portuqaliya yığmalarının yoldaşlıq görüşündə üz-üzə gəlmək variantları yaranıb.

UEFA və CONMEBOL arasındakı anlaşmaya əsasən, son dünya çempionu Argentina millisi 2024-cü ilin martında yoldaşlıq görüşü üçün Portuqaliya və İngiltərə komandaları arasında seçim etməli olacaq.

Qeyd edək ki, Lionel Messi ilə Kriştianu Ronaldu sonuncu dəfə bu ilin yanvarında üz-üzə gəliblər. Həmin vaxt argentinalının formasını geyindiyi Fransa PSJ-si yoldaşlıq görüşündə portuqaliyalının şərəfini qoruduğu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”i 5:4 hesabı ilə məğlub edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti