...

Bədii gimnastika üzrə 28-ci Bakı çempionatında 110 idmançı iştirak edir - Vəfa Bəkərova

İdman Materials 5 Oktyabr 2023 13:26 (UTC +04:00)
Bədii gimnastika üzrə 28-ci Bakı çempionatında 110 idmançı iştirak edir - Vəfa Bəkərova
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bədii gimnastika üzrə 28-ci Bakı çempionatında paytaxtın doqquz idman məktəbini və klubunu təmsil edən 110 idmançı iştirak edir.

Bu barədə Trend-ə "Ocaq Sport" klubunun direktor vəzifəsini müvəqqəti icra edən Vəfa Bəkərova yarışın kuluarlarında deyib.

"Yarışlar üç yaş kateqoriyası üzrə keçirilir. "Ocaq Sport" klubunu 40-dan çox gimnast təmsil edir və onların yaxşı nəticə göstərərək çempionat medalları qazanacaqlarına ümid edirik. Qeyd edim ki, onlar bundan əvvəl Naxçıvanda keçirilən bədii gimnastika üzrə "Grace of Nature" Beynəlxalq turnirində iştirak ediblər.

Onun sözlərinə görə, hazırkı yarışlardan sonra Azərbaycan birinciliyinin, eləcə də, bədii gimnastika üzrə 2-ci "Ocaq" Beynəlxalq Kubokunun keçirilməsi planlaşdırılıb.

Vəfa Bəkərova əlavə edib ki, bədii gimnastika üzrə 28-ci Bakı çempionatının vəzifələri arasında Azərbaycanda bu fənnin daha çox inkişafı və təbliği dayanır.

Qeyd edək ki, bədii gimnastika üzrə 28-ci Bakı çempionatı 5-7 oktyabr tarixlərində Bakı Olimpiya İdman Kompleksində keçirilir.

Yarışlar uşaqlar (2013-2015-ci il təvəllüdlü), yeniyetmələr (2011-2012-ci il təvəllüdlü) və gənclər (2008-2010-cu il təvəllüdlü) yaş kateqoriyasında idmançılar arasında keçirilir. Çempionatın qalibləri fərdi proqramlarda çıxış edən gimnastlar arasında çoxnövçülük və ayrı-ayrı predmetlər üzrə müəyyən ediləcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti