Bakı. Trend:
Oktyabrın 5-də UEFA Konfrans Liqasında ikinci turun oyunları keçirilib.
Trend-in məlumatına görə, Türkiyə təmsilçisi “Beşiktaş” öz meydanında İsveçrənin “Luqano” klubuna məğlub olub – 2:3. “Qara qartallar” oyunun gedişində 2:0 hesablı üstünlük əldə etsələr də, matçın son 10 dəqiqəsində qapısından 3 top buraxıb.
Türkiyənin digər təmsilçisi “Fənərbağça” isə səfərdə Slovakiyanın “Spartak Trnava” klubu ilə qarşılaşıb. İsmail Kartalın yetirmələri bu oyunda da qələbə qazanıblar - 3:1.
Qeyd edək ki, bu, “Fənərbağça”nın bu mövsüm bütün turnirlər daxil olmaqla qazandığı ardıcıl 15-ci qələbə olub.
Azərbaycanlı futbolçu Mahir Əmrəlinin forma geyindiyi “Dinamo Zaqreb” isə səfərdə Kosovonun “Balkani” klubuna gözlənilmədən uduzub – 0:2. Mahir Əmrəli bu oyunda 46-cı dəqiqədə meydana daxil olub.
Turun digər qarşılaşmalarında aşağıdakı nəticələr qeydə alınıb:
“Astana” – “Plzen” – 1:2
“Budo-Qlimt” – “Brügge” – 0:1
“Breydablik” – “Zorya” – 0:1
“Gent” – “Makkabi Təl-Əviv” – 2:0
“Klaksvik” – “Lill” – 0:0
“Olimpiya Lyublyana” – “Slovan Bratislava” – 0:1
“Aberdin” – “HİK” – 1:1
“Aston Villa” – “Zrinski” – 1:0
“AZ Alkmaar” – “Legiya” – 1:0
“Çukariçki” – “Genk” – 0:2
“Fiorentina” – “Ferentsfaroş” – 2:2
“Norşelland” – “Ludoqorets” – 7:1
PAOK – “Ayntraxt” – 2:1.