...

Dünya çempionatı: Azərbaycanın minifutbol yığması qrup mərhələsini maksimum nəticə ilə başa vurub

İdman Materials 1 Noyabr 2023 00:23 (UTC +04:00)
Dünya çempionatı: Azərbaycanın minifutbol yığması qrup mərhələsini maksimum nəticə ilə başa vurub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Minifutbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirib.

Trend-in məlumatına görə, yığma G qrupundakı sonuncu matçında Küveyt seçməsi ilə qarşılaşıb.

Qrupdakı ilk iki oyunda İraq və Misir kollektivlərinə qalib gələn son Avropa çempionu üçüncü matçında da qələbə qazanıb - 3:1. Milli komandanın heyətində qolları 15-ci dəqiqədə Cəfər Cəfərov, 38-ci dəqiqədə Mirmehdi Rzayev, 44-cü dəqiqədə isə Təmkin Xəlilzadə vurublar.

Bu nəticə ilə xallarını doqquza çatdıran Azərbaycan millisi 1/8 finala qrup lideri kimi adlayıb. Növbəti mərhələdə rəqib H qrupunda ikinci yeri tutacaq komanda olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti