...

AFFA sabah De Byazi ilə bağlı qərar verəcək - RƏSMİ

İdman Materials 21 Noyabr 2023 14:13 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sabah – noyabrın 22-də AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək.

Trend xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Saat 10:00-da AFFA-nın inzibatı binasında başlayacaq iclasın gündəliyinə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin hesabatı və müqavilə müddətinin artırlıb-artırılmama məsələsi daxil edilib.

Qeyd edək ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan millisinin baş məşqçisidir. Yığma onun rəhbərliyi atında son oyununda AVRO-2024-ün seçmə mərhələsində səfərdə Belçikaya 0:5 hesabı ilə uduzub.

Xəbər lenti

Xəbər lenti