...

AFFA Premyer Liqanın üç klubunu cərimələdi

İdman Materials 6 Dekabr 2023 14:39 (UTC +04:00)
AFFA Premyer Liqanın üç klubunu cərimələdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqanın XV turunun oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Sumqayıt”la oyunda 5 futbolçusu sarı vərəqə görən “Turan Tovuz” və “Sabah”la matçda 4 oyunçusu xəbərdarlıq alan “Kəpəz” klubları hərəyə 700 manat cərimə edilib.

Bundan başqa, “Qarabağ” – “Qəbələ” görüşü bitdikdən sonra meydana kənar şəxs daxil olduğu üçün Ağdam klubu 800 manat cərimələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti