...

Futbolçunun maşını yandırılıb

İdman Materials 7 Dekabr 2023 19:49 (UTC +04:00)
Futbolçunun maşını yandırılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Braziliya çempionatında yüksək liqadan düşən “Santos”un azarkeşləri komandanın hücumçusu Stiven Mendozanın avtomobilini yandırıblar.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə “Santos”un çempionatın son turunda “Fortaleza”ya məğlub olduğu (1:2) matçdan sonra baş verib.

Məlumata görə, baş verən iğtişaşlarda stadionun yaxınlığında bir neçə avtomobil və avtobus yanıb. Hadisə yerinə helikopterlər və hərbi polis cəlb edilib.

Xatırladaq ki, dünya futbolunun əfsanəsi Pelenin klubu kimi tanınan “Santos” mövsümü 17-ci pillədə başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti