...

"Neftçi” azarkeşləri rəqib futbolçuları təhqir etdi, klub cərimələndi

İdman Materials 16 Fevral 2024 16:48 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Trend xəbər verir ki, iclasda Premyer Liqanın 22-ci turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

“Kəpəz” – “Səbail” oyununda “Kəpəz”in 6 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib. “Kəpəz” klubunun futbolçusu Vurğun Hüseynov hakimin qərarına etiraza görə ikinci “sarı”dan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 500 manat cərimə edilib.

“Səbail”in 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.

"Araz-Naxçıvan” – “Neftçi” oyununun fasiləsində meydan sahiblərinin məşqçisi Vadar Nuriyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıv, “Araz-Naxçıvan” 1500 manat cərimə edilib.

“Neftçi”nin 5 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.

"Neftçi”nin azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Neftçi” klubu 1000 manat cərimə edilib.

Xəbər lenti

Xəbər lenti