...

“Qarabağ”ın akademiyasına yeni menecer təyin olunub

İdman Materials 17 Fevral 2024 15:38 (UTC +04:00)
“Qarabağ”ın akademiyasına yeni menecer təyin olunub

Bakı. Trend:

“Qarabağ” futbol klubunda yeni təyinat reallaşıb.

Klubdan Trend-ə verilən məlumata görə, Nail Kərimov Ağdam təmsilçisinin futbol akademiyasının uğurları üçün çalışacaq. Futbol funksioneri akademiyanın meneceri təyin olunub.

N.Kərimovun son iş yeri “Qəbələ” İdman Klubu olub. O, 2006-2024-cü illərdə çalışdığı klubda mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri, həmçinin baş menecer kimi fəaliyyət göstərib.

Xəbər lenti

Xəbər lenti