...

Azərbaycan beynəlxalq milli antidopinq agentlikləri ilə sıx əməkdaşlıq edir - Təhminə Tağı-zadə

İdman Materials 21 Fevral 2024 11:28 (UTC +04:00)
Azərbaycan beynəlxalq milli antidopinq agentlikləri ilə sıx əməkdaşlıq edir - Təhminə Tağı-zadə

Bakı. Trend:

“Konfrans Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Antidopinq Agentliyi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ilə keçirilir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Təhminə Tağı-zadə “Olimpiya çempionluğuna doğru: Təmiz idmanda milli və qlobal baxışlar” adlı elmi-praktik konfransın açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, konfrans işinə Bakıda başlayıb:

“Konfrans bu gün paytaxtda idmançı köməkçi heyəti, ayın 23-də isə Qubada beynəlxalq səviyyəli idmançılar üçün təşkil olunacaq. Çox sevindirici haldır ki, Azərbaycan beynəlxalq milli antidopinq agentlikləri ilə sıx əməkdaşlıq edir. Konfransda Avstriya, Yunanıstan, Almaniya, İngiltərə və digər ölkələrdən nümayəndələr iştirak edirlər. Çin, ABŞ kimi ölkələrdən “online” qoşulanlar da var”.

Xəbər lenti

Xəbər lenti