Bakı. Trend:
"Barselona"nın keçmiş müdafiəçisi Dani Alves zorlama ittihamı ilə 4.5 il müddətinə azadlıqdan məhrum edilib.
Trend xəbər verir ki, bu barədə BBC-nin X sosial şəbəkəsi (keçmiş Tvitter) məlumat yayıb,
Xatırladaq ki, yanvar ayında Dani Alves Barselonadakı Sutton gecə klubunda 23 yaşlı qızı zorlamaqda ittiham edilmişdi. Yanvarın 20-də keçmiş futbolçu nəzarətə götürülüb. Daha sonra Alves bir neçə dəfə müvəqqəti zaminə buraxılmamışdı.
Braziliyalı müdafiəçi "Barselona" ilə 6 dəfə İspaniya çempionu olub. O, klubla Çempionlar Liqası, ölkə kuboku və Superkubokunu qazanıb. Alves Braziliya millisi ilə müdafiəçi iki dəfə Amerika Kubokunu və Konfederasiya Kubokunu qazanıb.