...

UEFA AFFA-nın əməkdaşını təltif edib

İdman Materials 22 Fevral 2024 17:17 (UTC +04:00)
UEFA AFFA-nın əməkdaşını təltif edib

Bakı. Trend:

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin maliyyə meyarları üzrə meneceri Bəhram Dadaşov sertifikatla təltif edilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.

O, UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə seminarda iştirak edib. “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda keçirilən seminarı Niderlandın paytaxtı Amsterdamda baş tutub.

Dadaşov tədbirdə “UEFA-nın Klubların Lisenziyalaşdırılması”nın 20 illiyinin tamam olması ilə əlaqədar sertifikatla təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti