...

PFL-in nümayəndəsi Konfrans Liqasının 1/8 final oyununa təyinat aldı

İdman Materials 29 Fevral 2024 13:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Peşəkar Futbol Liqasının (PFL) icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

Trend AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Konfrans Liqası turnirinin 1/8 final mərhələsi çərçivəsində “Şturm Qrats” (Avstriya) – “Lill” (Fransa) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma martın 7-də Avstriyanın Qrats şəhərində yerləşən “Stadium Graz Liebenau” stadionunda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti