...

Azərbaycan boksçusu İtaliyada lisenziya turnirinə qələbə ilə start verib

İdman Materials 3 Mart 2024 20:57 (UTC +04:00)

Bakı. Trend:

İtaliyanın Busto Arsizio şəhərində boks üzrə I Dünya Olimpiya Təsnifat Turnirinə start verilib.

Trend xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin üzvü Nicat Hüseynov (51 kiloqram) mübarizəyə qoşulub.

İkiqat Avropa çempionumuz 1/32 final çərçivəsində Deepak Deepakı (Hindistan) sınağa çəkib. N.Hüseynov gərgin keçən döyüşdə son dünya çempionatının bürünc medalçısını 3:2 (29:28, 28:29, 29:28, 27:30, 29:28) hesabı ilə məğlub edib.

Yığma üzvü ikinci görüşündə ilk mərhələdən azad olan Sahil Alahverdovi (Gürcüstan) ilə üz-üzə gələcək.

Döyüş martın 6-da baş tutacaq.

Qeyd edək ki, turnirin ikinci günündə Azərbaycan millisinin daha 2 boksçusu rinqə çıxacaq.

Xəbər lenti

Xəbər lenti