...

Evdə nəsə edə bilərik, amma Leverkuzendə şansımız çox azdır - Ceyhun Sultanov

İdman Materials 7 Mart 2024 12:32 (UTC +04:00)

Bakı. Trend:

“Qarabağ" "Bayer"lə qrup mərhələsinin ilk matçından fərqli, evdə yaxşı oyun nümayiş etdirib.

Trend xəbər verir ki, bunu İdman.biz-ə Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.

O, UEFA Avropa Liqasının 1/8 final mərhələsində bu gün baş tutacaq “Qarabağ”- “Bayer” matçını dəyərləndirib. Sultanov almanlarla matçın çox baxımlı alınacağına inanır:

“Bayer” elə bir rəqibdir ki, onlarla dueldə yüz faiz qələbə barədə düşünmək çətindir. Biz "Qarabağ"dan həmişə çox şey istəyirik. Təbii ki, qalib gəlmək daha yaxşı olar. Amma əsas yaxşı matç izləməkdir. “Bayer” çox təhlükəlidir. Bilirik ki, bu rəqib Avropanın bu gün ən yaxşı komandası, Xabi Alonso isə ən yaxşı məşqçisidir. Bu səbəbdən də “Qarabağ”a çox çətin olacaq. Evdə yaxşı oynayıb nəsə əldə edə bilərik, amma Leverkuzendə şansımız çox azdır. İnanıram ki, azarkeş dəstəyi bu gün Ağdam təmsilçisi üçün möhtəşəm olacaq”.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”- “Bayer” matçı saat 21:45-də start götürəcək.

Xəbər lenti

Xəbər lenti