...

“Neftçi” və “Səbail”in futbolçuları yumruq-təpik davasına çıxıb: AFFA cəzalarını verib

İdman Materials 7 Mart 2024 17:33 (UTC +04:00)
“Neftçi” və “Səbail”in futbolçuları yumruq-təpik davasına çıxıb: AFFA cəzalarını verib

Bakı. Trend:

AFFA Azərbaycan çempionatında yaşanan dava-dalaşa münasibət bildirib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, assosiasiyanın İntizam Komitəsi U-17 Liqasında keçirilən “Neftçi” – “Səbail” matçında baş verənləri araşdırıb.

Yaşananlara hüququ qiymət verən AFFA günahkarları cəzalandırıb. 83-cü dəqiqədə hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alan “Səbail”in futbolçusu Fariz Hüseynov 4 matçlıq diskvalifikasiya edilib.

Oyunun 90-cı dəqiqəsində qarşıdurma baş verib. Həmin vaxt “Neftçi”nin futbolçusu Sadiq Məmmədli və “Səbail”in oyunçusu Elmar Baxşızadə bir-birini təpik və yumruqla vurub. Onların hər ikisi 4 matçlıq cəza alıb.

“Səbail”in üzvü Kərim Orucovun qol vurulan zaman rəqib texniki zona önündə qeyri-etik jest etdiyinə görə, həmçinin qarşıdurma zamanı rəqibi təpiklə və yumruqla vurduğuna görə 4 oyun cəzalanıb. “Neftçi”nin digər futbolçusu Həsən Mahmudov rəqibi təhqir etdiyi üçün 3 oyunluq kənarlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti