...

Azərbaycanda Beynəlxalq Xizək Alpinizmi yarışı keçirilir (FOTO)

İdman Materials 9 Mart 2024 10:42 (UTC +04:00)
Azərbaycanda Beynəlxalq Xizək Alpinizmi yarışı keçirilir (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Beynəlxalq Xizək Alpinizm Federasiyasının (International Ski Mountaineering Federation-ISMF) Qış idman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə "Şahdağ" Beynəlxalq Xizək Alpinizmi yarışı start götürüb.

Trend xəbər verir ki, Azərbaycanda bu idman növü üzrə ilk dəfə keçirilən beynəlxalq yarışda öncədən qeydiyyatdan keçən 11 ölkənin 55 idmançısı 2 gün ərzində birincilik uğrunda mübarizə aparacaqlar.

Yarışın ilk günündə idmançılar sprint yürüşü üzrə öz gücünü sınayıb.

Yarışın ilk gününün qalibləri Qış İdman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzi tərəfindən medal və kuboklarla təltif olunub.

İdman tədbirində Gənclər və İdman Nazirliyinin, Milli Olimpia Komitəsinin və Qış İdman Növləri Federasiyasının rəsmiləri iştirak ediblər.

"Şahdağ" Beynəlxalq Xizək Alpinizmi yarışı martın 10-da vertikal növ üzrə davam edəcək.

Xəbər lenti

Xəbər lenti