...

Azərbaycanda keçirilən Beynəlxalq Xizək Alpinizmi yarışına yekun vurulub (FOTO)

İdman Materials 10 Mart 2024 15:02 (UTC +04:00)
Azərbaycanda keçirilən Beynəlxalq Xizək Alpinizmi yarışına yekun vurulub (FOTO)

Bakı. Trend:

Azərbaycanda keçirilən Beynəlxalq Xizək Alpinizmi yarışına yekun vurulub.

Trend xəbər verir ki, yarış Beynəlxalq Xizək Alpinizm Federasiyasının (International Ski Mountaineering Federation-ISMF) Qış idman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

Yarışda 11 ölkənin 55 idmançısı, eləcə də Milli Olimpia Komitəsinin,gənclər və idman nazirliyinin, Qış İdman Növləri Federasiyasının rəsmiləri iştirak ediblər.

Yarışda ilk səfə olaraq Azərbaycan idmançıları da iştirak ediblər.

Azərbaycanlı qadın idmançı Nəzrin Qəribova yarışın ilk günü spilit kayeqoriyasında 2-ci yer, vertikal kateqoriyada isə 3-cü yer qazanıb.

Bütün qaliblərə medallar və həbəsləndirici mükafatlar təqdim olunub.

Xəbər lenti

Xəbər lenti