...

“Qarabağ" Leverkuzenə yollandı (VİDEO)

İdman Materials 12 Mart 2024 19:22 (UTC +04:00)

Bakı. Trend:

“Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniya "Bayer”i ilə cavab matçı üçün Köln şəhərinə yollanıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, komanda Heydər Əliyev adına Hava Limanında çarter reysi ilə havaya qalxıb.

Azərbaycan çempionu təxminən 6 saatdan sonra Almaniyaya çatacaq. Ağdamlılar Leverkuzenə isə Kölndən yollanacaqlar.

Qeyd edək ki, "Bayer" - "Qarabağ" matçı martın 14-də, Bakı vaxtı ilə saat 00:00 "BayArena” da start götürəcək.

Xəbər lenti

Xəbər lenti