...

"Borussiya" 1/4 finalda, "İnter" Madriddə mübarizəni dayandırıb

İdman Materials 14 Mart 2024 03:31 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, cavab oyunları çərçivəsində son iki matç baş tutub.

1/4 finalın son iştirakçıları "Atletiko" və "Borussiya" D olub. Madrid klubu evdə “İnter”dən revanş alıb. 90 dəqiqə ərzində 2:1 hesabı qeydə alındığından əlavə vaxt təyin olunub. 30 dəqiqə qalibi müəyyənləşdirmədiyi üçün penalti seriyasına ehtiyac duyulub. Bu zaman daha dəqiq olan "Atletiko" 1/4 finala yüksəlib.

Dortmundda “Borussiya” ilə PSV mübarizədən kənarlaşdırıb. Almanlar iki oyunun cəminə görə, 3:1 hesabı ilə qalib gəliblər.

Çempionlar Liqası
1/8 final, cavab oyunları
13 mart

00:00. “Atletiko” – “İnter” - 2:1, pen. 3:2
Qollar: Qrizmann, 35. Depay, 87 - Dimarko, 33
İlk oyun – 0:1

00:00. “Borussiya” D – PSV - 2:0
Qollar: Sanço, 3. Reus, 90+5
İlk oyun – 1:1

Məqalədə:
Xəbər lenti

Xəbər lenti