...

Azərbaycan – İngiltərə oyununun hakimləri açıqlandı

İdman Materials 19 Mart 2024 13:59 (UTC +04:00)
Azərbaycan – İngiltərə oyununun hakimləri açıqlandı

Bakı. Trend:

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan – İngiltərə oyununun hakimləri bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, martın 22-də keçiriləcək matçı Bosniya və Herseqovinadan olan ədalət təmsilçiləri idarə edəcək.

Antoni Bandiç qarşılaşmanın baş hakimi olacaq. Ona Amer Maciç və Boris Duyjmoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mateo Musa yerinə yetirəcək.

Qeyd edək ki, görüş “Azərsun Arena”da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti