...

“Bavariya”nın Tuxelə ödəyəcəyi kompensasiyanın məbləği açıqlanıb

İdman Materials 28 Mart 2024 20:48 (UTC +04:00)
“Bavariya”nın Tuxelə ödəyəcəyi kompensasiyanın məbləği açıqlanıb

Bakı. Trend:

“Bavariya”nın baş məşqçisi Tomas Tuxelə ödəyəcəyi kompensasiyanın məbləği bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Almaniya klubu yayda müqaviləsinə xitam verəcəyi mütəxəssisə 1 illik maaşını ödəyəcək.

Tuxel bu yay ayrılacağı Münhen təmsilçisindən 12 milyon avro alacaq. Klub baş məşqçi ilə razılıq əldə edib.

Qeyd edək ki, 26 turdan sonra turnir cədvəlində ikinci olan “Bavariya” liderdən 10 xal geri qalır.

Xəbər lenti

Xəbər lenti