...

“Betis”dən Bəhlul Mustafazadənin transferinə MÜNASİBƏT

İdman Materials 29 Mart 2024 15:55 (UTC +04:00)
“Betis”dən Bəhlul Mustafazadənin transferinə MÜNASİBƏT

Bakı. Trend:

İspaniyanın “Betis” klubu “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadənin transferində maraqlı deyil.

Trend xəbər verir ki, bunu İdman.biz-ə Əndəlusiya klubunun mətbuat xidməti açıqlayıb.

Bildirilib ki, Azərbaycan millisinin də formasını geyinən 27 yaşlı müdafiəçisin keçidi müzakirə mövzusu deyil: “Bununla bağlı hansısa məlumata malik deyilik. Həm də klub siyasətinə görə, “Betis” başqa klubların futbolçuları ilə bağlı məsələləri şərh etmir”.

İspaniya mətbuatında da transfer gündəmdə deyil. Ölkənin nüfuzlu AS nəşrinin yazarı Antonio Espina Mustafazadənin adının “Betis”lə hallanmasını eşitmədiyini belə vurğulayıb.

Qeyd edək ki, müdafiəçi bu mövsüm “Qarabağ”ın heyətində 32 oyuna 2 qol vurub.

Xəbər lenti

Xəbər lenti