...

AVRO-2025: Millimiz Macarıstan sınağında

İdman Materials 5 Aprel 2024 09:47 (UTC +04:00)

Bakı. Trend:

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, yığmamız AVRO-2025-in seçmə mərhələsində mübarizəyə başlayacaq.

Siyasət Əsgərovun yetirmələri B liqasının 1-ci qrupunda yarışa səfərdə start verəcək. Komandamız Macarıstanın qonağı olacaq.

Qeyd edək ki, qrupumuzun digər oyununda İsveçrə Türkiyəni qəbul edəcək.

AVRO-2025-in seçmə mərhələsi
B liqası, 1-ci qrup
I tur, 5 aprel

19:45. Macarıstan – Azərbaycan
Baş hakim:
Kirsti Doul (İngiltərə)
Şent Qellert Forum

Xəbər lenti

Xəbər lenti