Bakı. Trend:
“Liverpul” Yurgen Kloppu əvəzləyək baş məşqçini tapıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Ruben Amorimin komandaya rəhbərlik edəcəyi məlumatı yayılıb.
“Sportinq”in baş məşqçisinin “Liverpul”la ilkin razılıq əldə etdiyi bildirilib. Portuqaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanacaq. Tərəflər maliyyə məsələlərində bütün detalları razılaşdırıblar.
Qeyd edək ki, 2020-ci ildən Amorimin rəhbərlik etdiyi “Sportinq” birdə çempion və 2 dəfə ölkə kubokunun qalibi olub.
Hazırki mövsümdə Lissabon klubu 71 xalla çempionatının lideridir.