...

Rəşad Sadıqov getsə, daha yaxşı olar - Ceyhun Sultanov

İdman Materials 19 Aprel 2024 20:03 (UTC +04:00)
Rəşad Sadıqov getsə, daha yaxşı olar - Ceyhun Sultanov

Bakı. Trend:

Rəşad Sadıqov perspektivli məşqçilərimizdəndir.

Trend xəbər verir ki, bunu İdman.biz-ə Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.

O, Rəşad Sadıqovun ölkə xaricindən, xüsusən də Rusiya, Türkiyə liqalarından təklif olduğu halda düşünə biləcəyi fikrinə münasibət bildirib. Sultanovun sözlərinə görə, “Zirə” Avropa Liqasında iştirak hüququ qazansa da, qazanmasa da yığmanın sabiq kapitanı üçün kənarda çalışmaq daha uyğun olar: “Düşünürəm ki, gəncdir və qarşıda böyük işlər görə bilər. Rəşad belə etsə, bu həm onun üçün, həm də futbol ictimaiyyəti üçün yaxşı olar. Yalnız Qurban Qurbanovun getməsini istəməzdim. Çünki onlar fərqli-fərqli yerdədirlər. Qurbanov 16 ildir ki, "Qarabağ"ın baş məşqçisidir və müəyyən struktur qurub. Bunun da dağılmağını istəməzdim. Amma Sadıqov gedib özünü xaricdə sınaya bilər. Bu cür addım atsa, məncə düzgün seçim ola bilər”.

Qeyd edək ki, Rəşad Sadıqov 2020-ci ilin yayından “Zirə”ni çalışdırır.

Xəbər lenti

Xəbər lenti