...

Azərbaycan komandası bədii gimnastika üzrə Dünya Kubokunun daha bir finalına çıxıb

İdman Materials 20 Aprel 2024 21:48 (UTC +04:00)
Azərbaycan komandası bədii gimnastika üzrə Dünya Kubokunun daha bir finalına çıxıb
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Qrup hərəkətləri üzrə Azərbaycan komandası üç lent və iki topla hərəkətlər proqramında bədii gimnastika üzrə Dünya Kubokunun finalına yüksəlib.

Trend xəbər verir ki, təsnifat mərhələsində Azərbaycan komandası 32.500 xalla altıncı yeri tutub.

İspaniyanı (33.700 xal), İtaliyanı (32.950 xal), Çini (32.750 xal), Yaponiyanı (32.700 xal), Bolqarıstanı (32.550 xal), Ukraynanı (31.000 xal) və Meksikanı (30.950 xal).təmsil edən komandalar da üç lent və iki topla hərəkətlər proqramının finalına çıxıblar.

Xatırladaq ki, bir gün əvvəl Azərbaycan yığması beş halqa ilə hərəkətdə dünya kubokunun finalına yüksəlmişdi.

Qeyd edək ki, aprelin 19-21-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışları keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti