...

Bədii gimnastika üzrə Dünya Kubokunun qalibləri mükafatlandırılıb (FOTO)

İdman Materials 20 Aprel 2024 22:53 (UTC +04:00)
Bədii gimnastika üzrə Dünya Kubokunun qalibləri mükafatlandırılıb (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 20-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə çoxnövçülük üzrə Dünya Kubokunun qalib və mükafatçılarının mükafatlandırılması mərasimi olub.

Trend xəbər verir ki, аərdi çoxnövçülükdə Darya Varfolomeev (Almaniya) qızıl, Elvira Krasnobayeva (Bolqarıstan) gümüş, Sofiya Raffaeli (İtaliya) bürünc medala sahib olublar.

Mükafatları Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə texniki nümayəndəsi İzabell Savada, Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə və bədii gimnastika üzrə Azərbaycan yığmasının məşqçisi, Avropa Gimnastikasının Bədii Gimnastika üzrə Texniki Komitəsinin üzvü Yevgeniya Vilyayeva təqdim ediblər.

Qrup hərəkətlərində çoxnövçülük üzrə komandalar arasında İspaniya komandası birinci, İtaliya komandası ikinci, Azərbaycan komandası isə üçüncü yeri tutub.

Mükafatları Azərbaycan gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Gimnastika Federasiyasının idman direktoru Natalya Bulanova və bədii gimnastika üzrə Azərbaycan yığmasının xoreoqrafı Ruslan Eyvazov təqdim ediblər.

Qeyd edək ki, aprelin 19-21-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışları keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti