...

Avropanın amansızları: “Qarabağ”la “Vikinqur”

İdman Materials 22 Aprel 2024 15:40 (UTC +04:00)
Avropanın amansızları: “Qarabağ”la “Vikinqur”

Bakı. Trend:

“Qarabağ” 2024-cü ildə keçirdiyi bütün oyunlarda ən azı 2 qol vurub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Ağdam klubu Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısında keçirdiyi 13 görüşün hamısında rəqib qapısına bir dəfədən artıq yol tapıb.

Bu, davam edən seriyalar arasında Avropanın şərikli rekordudur. Yalnız “Vikinqur” Farer adaları çempionatındakı son 13 matçında eyni dərəcədə amansız olub. "Köhnə qitə”nin üçüncüsü “Srvena Zvezda” 12 matçlıq seriyaya malikdir.

Avropadan kənarda isə daha uzun seriyalar var. Malayziyada “Darul”, Səudiyyə Ərəbistanında “Əl-Hilal” ardıcıl 17 dəfə 2 və ya daha çox qol vurub.

Qeyd edək ki, “Qarabağ” 2024-cü ildə bütün turnirlərdə keçirdiyi matçlarda 2 və ya daha çox qol vurub. 13 çempionat görüşündən başqa ölkə kubokunda 3, Avropa Liqasında 4 dəfə meydana çıxan Qurban Qurbanovun yetirmələri ümumilikdə 20 oyundur belə məhsuldarlıq göstərirlər.

Xəbər lenti

Xəbər lenti