...

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürdü (FOTO)

İdman Materials 24 Aprel 2024 19:30 (UTC +04:00)
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürdü (FOTO)

Bakı. Trend:

Bu gün Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasiyasının, Bakı Su İdmanı sarayının birgə təşkilatçılığı, Bakı Su İdmanı sarayının dəstəyi ilə üzgüçülük idman növü üzrə açıq Azərbaycan çempionatı start başlayıb.

Trend xəbər verir ki, Bakı Su İdman sarayında təşkil olunan yarışlara 3-cu idman dərəcəsi olan idmançılar qatılıb.

İdmanşıların rəsmi paradından sonra açılış mərasimində çıxış edən Azərbaycan Üzgüçülük Federasiyasının baş katibinin müavini Tamerlan Abdullazadə yarış iştirakşılarını salamladı və vurğulayıb ki, Azərbaycan Gənclər və İdman Nazirliyi,Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə bu kimi yarışlar həm Bakıda, həm də regionlarda təşkil olunur ki, bu da ölkəmizdə bu idman növünə marağın artmasına yardımçı olur.

Federasiya rəsmisi vurğulayıb ki, belə idman tədbirlərinin təşkili yerlərdə perspektivli üzgüçülərin vaxtında aşkar edilməsində, onlar milli komandanın tərkibinə cəlb olunmasında vacib rol oynayır.

Çıxış edən Azərbaycan Gənclər və İdman Nazirliyinin 2024-cü il üçün idman səfiri seçilmiş tanınmış taekvandoçu Fəridə Əzizova çıxış edərək, ölkəmizdə idmanın bütün növlərinə, eləcə də, su idmanı növlərinə dövlət başçısı tərəfindən böyük diqqət və qayğının olduğunu, bunun nəticəsində də bütün sahələrdə idmançılarımızın beynəlxalq arenalarda yüksək nəticələr əldə etməsindən danışıb. Sonra yarışlara start verilib.

Beynəlxalq Üzgüçülük Federasiyasının, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasıyasının Nizamnaməsinə və təsdiq olunmuş əsasnaməsinə uyğun olaraq keçirilən açıq çempioanatda Bakı və Sumqayıtdan, o cümlədən, Gəncə,Quba, Şəki, Mingəçevir şəhərlərindən 23 müxtəlif klubun və idman cəmiyyətlərinin idmançıları güclərini sınayırlar. Yarışda Azərbaycan idmançıları ilə yanaşı Gürcüstan Respublikasının Tbilisi klunun üzgüçüləri də mübarizə aparırlar.

Ümumilikdə 200-dən çox idmançının mübarizə apardığı birincilikdə üzgüçülər 50, 100, 200, 400, 800 və 1500 metr məsafədə sərbəst üsullarda, 50, 100, 200 metr məsafələrdə arxası üstə, brass və batterfley üsullarda üzəcəklər. 4 gün davam edəcək yarışın sonunda qaliblər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi. Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən müvafiq diplomlarla təltif olunacaqlar.

Xəbər lenti

Xəbər lenti